"Netflix"dən qadağa
"Netflix" daha bir yenilik edib.
AFN xarici KİV-ə istinadla xəbər verir ki, platforma hesablara şifrə paylaşımını qadağan edəcək. Artıq profillərə bir neçə girişin qarşısı alınacaq.
Bu qayda 2023-cü ildən qüvvəyə minəcək.
Bir hesaba daxil olan digər şəxslər əlavə ödəniş etməli olacaqlar. "Netflix" bu ilin əvvəlində Kosta Rika, Çili və Peruda parol paylaşımı üçün ödəniş təcrübəsi aparmağa başlayıb.