Stoltenberq Qafqaza gələcək
NATO-nun Baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Gürcüstana səfər edə biləcəyini açıqlayıb.
“Ölkə.az” xəbər verir ki, bu barədə o, Brüsseldə mətbuat konfransında bildirib.
“Bir neçə dəfə Gürcüstanda olmuşam və tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda bu ölkəyə yenidən səfər edəcəyəm. NATO dəyərlərə, demokratiyaya, qanunun aliliyinə əsaslanır və Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda bu standartlara cavab verməsi vacibdir”, - Y.Stoltenberq vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan NATO-nun dəyərli tərəfdaşıdır və bütün Avropa ölkələri kimi, öz yolunu seçmək hüququ var.