ABŞ Haitiyə dəniz piyadalarını göndərməyi düşünür


ABŞ ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Haitiyə elit dəniz piyadaları qrupunu göndərməyi düşünür.



Bu barədə “Marine Corps Times” ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən bildirib.

Mənbənin sözlərinə görə, ABŞ Dövlət Departamentinin tələbi ilə dəniz piyadaları Haitiyə göndərilə bilər.

Pentaqonun sözçüsü Fox News-a bildirib ki, Müdafiə Nazirliyi hazırda ABŞ-ın Haitidəki səfirliyindəki personalın təhlükəsizliyini təmin etmək üçün fövqəladə vəziyyət variantlarını nəzərdən keçirir, lakin hələ heç bir qərar verilməyib.

Cənub Dəniz Qüvvələrinin sözçüsü Mason Englehart Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərini təsdiqləyərək, dəniz piyadalarının Haitiyə göndərməyi planlaşdırılmadığını söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu