Çinin hərbi büdcəsi artırılır


Çin Müdafiə Nazirliyi hərbi büdcənin artırılmasını ölkə daxilində qeyri-sabitlik və qeyri-müəyyən təhlükəsizlik vəziyyəti ilə izah edib.



Bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan bildirib.

Bundan əvvəl ÇXR-in açıqlanmış büdcə layihəsində hərbi büdcənin 7,2 faiz artaraq 1,665 trilyon yuana və ya hazırkı məzənnə ilə 234 milyard dollardan çox olmasından bəhs edilirdi. Qeyd olunub ki, Çin hərbi təhsil və təlimləri, o cümlədən real döyüş əməliyyatlarını imitasiya edən şəraitdə gücləndirməlidir.

Tsyanın fikrincə müasir reallıqlar sülhdən uzaqdır və ordunu gücləndirmək lazımdır. O qeyd edib ki, dünyanın bir çox yerlərində beynəlxalq siyasi çəkişmələr və hərbi münaqişələr yaranır, Çin isə separatizmə qarşı özünəməxsus mürəkkəb və çətin mübarizə aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu