ABŞ üç ölkədə hərbi mövcudluğa malik olacaq - Konqres 7,1 milyard dolları təsdiqlədi


ABŞ Konqresi Sakit Okeandakı üç ada dövləti üçün 7,1 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib.



Bu barədə “Financial Times” qəzeti qanun layihəsinə istinadən xəbər verir.

Vaşinqtonun müqavilələri iqtisadi dəstək müqabilində bu ölkələrdə müstəsna hərbi mövcudluğu nəzərdə tutur. Qəzet yazır ki, söhbət Pallau, Marşal adaları və Mikroneziyadan gedir. Vəsaitlər 2024-cü ilin sentyabr ayının sonuna qədər hökumətin əməliyyatlarını qismən maliyyələşdirmək üçün 460 milyard dollarlıq xərclər paketinin bir hissəsi kimi ayrılıb.

Nəşr qeyd edir ki, bu ada dövlətlərinin kiçik ərazisinə baxmayaraq, onların ərazi sularının sahəsi təxminən dörd min kvadrat kilometrdir ki, bu da ABŞ-a Sakit okean regionunda kritik üstünlük verəcək. Vaşinqton öz raketlərini və radarlarını ölkələrin ərazisində yerləşdirə, həmçinin qitələrarası ballistik raketləri sınaqdan keçirə biləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu