Bloomberg: "ABŞ Cənubi Çin dənizindəki Çin taktikasını müttəfiqlərinə çatdırmaq üçün pul xərcləyir"


ABŞ Cənubi Çin dənizində Çinin taktikasını və kəşfiyyat məlumatlarını regiondakı müttəfiqlərinə çatdırmaq üçün pul xərcləyir.



Bu barədə martın 7-də dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink məlumat verib.

“Biz tərəfdaşlarımızın dənizçilik imkanlarının yaradılmasına sərmayə qoymaq üçün çox vaxt, səy və pul sərf edirik. “Ölkələr öz dəniz sahələrində baş verənləri nə qədər çox başa düşsələr və öz maraqlarını qoruya bilsələr, biz regionda sabitliyə bir o qədər töhfə verəcəyik”, – Bloomberg onun sözlərindən sitat gətirib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Çinin artan təzyiqinə qarşı çıxmaq üçün Cənub-Şərqi Asiya ölkələrinə yüz milyonlarla dollar xərcləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu