ABŞ Asiya-Sakit Okean regionu ölkələri ilə tərəfdaşlığı əsas prioritet adlandırıb
ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Liza Françetti bildirib ki, Asiya-Sakit Okean regionu ölkələri ilə tərəfdaşlıq əlaqələri inkişaf etdirmək Vaşinqton üçün əsas prioritet adlandırıla bilər.
Bu barədə Bloomberg məlumat paylaşıb.
“Birləşmiş Ştatlar, onun bütün müttəfiqləri və tərəfdaşları Çini və bütün dünyadakı digər potensial düşmənləri çəkindirməyə davam edəcəklər”, - deyə admiral vurğulayıb.