Naxçıvanın İqtisadiyyat Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb


Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb.


Bu barədə Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Ali Məclisinin sədri 29 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əsasnaməsinin və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Sözügedən fərmanda nazirliyin və tabeli xidmətlərin (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti) strukturu, əsasnaməsi və işçilərinin say həddi ilə bağlı iki ay müddət müəyyən edilib. Bu istiqamətdə işlər fevralın 29-da yekunlaşdırılıb. İqtisadiyyat Nazirliyi martın 1-dən yeni strukturla fəaliyyətə başlayıb.

Bir sıra funksiyaların İqtisadiyyat Nazirliyində birləşdirilməsi muxtar respublikanın iqtisadi rəqabət qabiliyyətini yeni mərhələyə çıxaracaq, Nazirliyin səlahiyyətlərinə aid edilmiş sahələrdə vəzifələr daha keyfiyyətli şəkildə yerinə yetiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu