Blinken Vaşinqtonda Bərzani ilə görüşüb

ABŞ dövlət katibi Blinken Vaşinqtonda İraq Kürd Regional Rəhbərliyinin baş naziri Bərzani ilə görüşüb.
ABŞ dövlət katibi Antoni Blinken İraq Kürd Regional Rəhbərliyinin (KRG) baş naziri Məsrur Bərzani ilə görüşündə ikitərəfli və regional əlaqələrdə münasibətlərə hər zaman böyük əhəmiyyət verdiyini bildirib və mövcud əməkdaşlığın davam etdirilməsini vurğulayıb.
Görüşdən əvvəl kameralar qarşısına keçən ikili ABŞ və KRG arasındakı əlaqələrin əhəmiyyətini vurğulayan açıqlamalar verib.
ABŞ-ın KRG ilə münasibətlərinə hər zaman böyük əhəmiyyət verdiyini deyən Blinken, həm İraqda, həm də bölgədə mövcud əməkdaşlığın davam etdirilməsinin və artırılmasının vacib olduğunu bildirib.
Bərzani Vaşinqtona səfərindən məmnunluğunu qeyd edərək, ABŞ ilə əlaqələrə çox dəyər verdiklərini və masa üzərində olan məsələləri hərtərəfli müzakirə edəcəklərini qeyd edib.