ABŞ vətəndaşlarını haqsız həbs edən ölkələri məsuliyyətə cəlb edəcək - Blinken


ABŞ dövlət katibi Antoni Blinken ABŞ vətəndaşlarını özbaşına həbs edən ölkələri məsuliyyətə cəlb edəcəklərini bildirib.



Vaşinqtonda keçirilən tədbirdə çıxış edən Blinken bəzi ölkələrdə müxtəlif səbəblərlə saxlanılan ABŞ vətəndaşları ilə bağlı qiymətləndirmələr edib.

"Özümdə dünyada özbaşına saxlanılan bütün amerikalıların adlarının siyahısını saxlayıram", - deyə Blinken vurğulayıb.

2021-ci ildən bu yana siyahıda olan 45 nəfərin xilas edildiyini bildirən Blinken, hələ də bir çox insanın siyahıda olduğunu qeyd edib.

"Vətəndaşlarımız sövdələşmə aparmır. Onlar siyasi piyada deyillər", - Blinken deyib. O, ABŞ vətəndaşlarını haqsız yerə həbs edən ölkələrlə hesab çəkəcəklərini bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu