Bitcoin 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatdı
Dünən gecə gələb xəbərdən sonra Bitcoin son iki ilin ən yüksək səviyyəsinə yüksələrək 57 min dollara çatıb.
Proqram təminatı şirkəti Microstrategy dünən axşam saatlarında 155 milyon dollara 3 min bitkoin aldığını açıqlayıb. Beləliklə, şirkətin əlində olan bitkoinin miqdarı 193 mini keçib.
Şirkətin açıqlamasından sonra Bitcoin 2021-ci ildən bəri ən yüksək səviyyə olan 57.000 dollara yüksəlib. Bu səviyyələrdə qalıcı ola bilməyən bitkoin yenidən 56 min dollara düşüb.
Bitcoin bu səhər 56 034 dollardan ticarətə başlayıb. İkinci ən yüksək həcmli kriptovalyuta 3224 dollara yüksəlib. Solana 110 dollardan ticarət edərkən, Tether 1 dollara yüksəlib.