Bitcoinin qiyməti 65 min dollardan aşağı düşüb
Kriptovalyuta Bitcoin-in qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı dövrdə atacağı addımlarla bağlı qeyri-müəyyənliklər səbəbilə ucuzlaşaraq 65 min dolların altına düşüb.
"Coinmarketcap" analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 6,7 faiz azalaraq 2 trilyon 460 milyard dollara düşüb.
Analitiklər bildirirlər ki, Bitcoin və digər kriptovalyutaların qiymətlərindəki eniş FED-in iyun ayında faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntilərin azalması və təqvimlə bağlı qeyri-müəyyənliyin artması ilə bağlıdır.
Son 24 saatda qiyməti 7,4 faizdən çox ucuzlaşan Bitcoin, bu gün CET vaxtı ilə 16,40-a kimi 64 min 712 dollar səviyyəsinə düşüb.