Yakob Rotşild vəfat etdi


Britaniyalı maliyyəçi Lord Yakob Rotşild fevralın 26-da 87 yaşında vəfat edib.



Bu barədə Bloomberg ailənin bəyanatına istinadən yazıb.

Bankir və Rotşildlər ailəsinin London filialının rəhbəri olan o, karyerasına 1963-cü ildə ailə bankı "NM Rothschild & Sons"da başlayıb. O, təxminən 2 milyard funt-sterlinq xalis sərvəti ilə dünyanın ən böyük investisiya fondlarından biri olan "RIT Capital Partners"ın sədri idi.

Ailənin bəyanatında Yakob Rotşild əla maliyyəçi, fədakar dövlət qulluqçusu və xeyriyyəçi kimi təsvir edilib. Bankirin yəhudi adətinə uyğun olaraq kiçik özəl mərasimlə dəfn ediləcəyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu