“Veysəloğlu”ya yazılan cərimə protokoluna bu tarixdə baxılacaq – Valyuta vəsaiti xaricdən geri qaytarılmayıb


“Veysəloğlu” MMC barəsində tərtib edilən inzibati protokola baxılacaq tarix açıqlanıb.



“Yeni Gundem”-in xəbərinə görə, baxış iclası Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə martın 5-də keçiriləcək.

Qeyd edək ki, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu