Yuliya Navalnaya Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında iştirak edəcək
Bir müddət əvvəl həbsxanada vəfat edən rusiyalı müxalifət lideri Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya Avropa İttifaqının Xarici Əlaqələr Şurasının bu gün keçiriləcək iclasında iştirak edəcək.
Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri üzrə Ali Nümayəndəsi Josep Borrell görüşdən əvvəl verdiyi açıqlamada "Rusiya müxalifətinə dəstək mesajı verməliyik" ifadələrini işlədib.
Borrell Şuranın iclasından əvvəl verdiyi açıqlamada bunları deyib:
“Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya bu gün Brüsseldə keçiriləcək Xarici Əlaqələr Şurasının iclasında iştirak edəcək. Bu həftəsonu təzyiqlərə baxmayaraq, Moskva və Sankt-Peterburqa çoxlu adam gəldi. O, Sankt-Peterburq küçələrində nümayiş keçirib. Çoxları saxlanılıb. Biz Rusiya müxalifətinə dəstək mesajı verməliyik və eyni zamanda mübarizənin necə getdiyini izləyəcəyik. Aİ xarici işlər nazirləri həmçinin Ukrayna, Yaxın Şərq, Sahel və Belarusdakı vəziyyəti də müzakirə edəcəklər”.