Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyət verildi - SƏRƏNCAM


“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2550 nömrəli Sərəncamında dəyişiklik edilib.


AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu