Məhv edilən ermənilər dəstə üzvləri imiş - BƏZİ DETALLAR


Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirib.


Ölkə.Az xəbər verir ki, Ermənistan mətbuatı "Qisas əməliyyatı" zamanı həlak olanlarla bağlı məlumat yayıb.

Bildirilib ki, həlak olanlar Yerkrapah Könüllülər Birliyinin üzvləridir.

"Yerkrapah" (Torpağın Müdafiəçiləri) Könüllülər Birliyi Vazgen Sarkisyanın yaratdığı 6000 Birinci Dağlıq Qarabağ müharibəsi veteranından ibarət erməni qeyri-hökumət təşkilatıdır. "Yerkrapah" Ermənistanda böyük və nüfuzlu veteran qrupudur.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Xatırladaq ki, bundan öncə "Yerkrapah"ın sədri Sasun Mikaelyan Ermənistanın Azərbaycanla şərti sərhədinə dəstə üzvlərinin yerləşdirildiyini bəyan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu