Prezident seçkisinin yekunlarına dair iclasın vaxtı bilindi
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının prezidenti seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-də saat 11:00-a təyin edilib.
Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.