UEFA prezidenti Çeferin 2027-ci ildə yenidən namizədliyini irəli sürməyəcək
UEFA prezidenti Aleksander Çeferin 2027-ci ildə yenidən namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Fransanın paytaxtı Parisdə keçirilən UEFA İcraiyyə Şurasının Toplantısından sonra açıqlama verən Çeferin, "6 ay əvvəl namizəd olmamağa qərar verdim. Hər qurumun təzə qana ehtiyacı var, amma əsas səbəb ailəmdən 7 ildir uzaqda olmağımdır” ifadələrini işlədib.
Çeferin UEFA-da 2031-ci ilə qədər Avropa futbolunu idarə etməyə icazə verən qayda dəyişikliyindən sonra namizəd olmamaq qərarını açıqlayıb.
UEFA prezidentlərinin maksimum üç müddətə seçilməsinə icazə verən qayda dəyişdirilib ki, 56 yaşlı Çeferin 2016-cı ildə istefa verən Mişel Platinini əvəzlədiyi ilk müddət tam müddət ola bilməz.
İclasda qayda dəyişikliyinə qarşı çıxan yeganə ölkə federasiyası İngiltərə olub.