Kanadada qəribə oğurluq - Kurortdan dondurulmuş ağ ayı oğurlandı


Kanada polisi Edmonton yaxınlığındakı kurortdan təxminən 225 kiloqram ağırlığında dondurulmuş ağ ayının oğurlanmasını araşdırır.



Təxminən 3,6 metr hündürlüyündə olan ayının yanvarın əvvəllərində, temperaturun mənfi 30 dərəcəyə yaxın olduğu soyuqlar zamanı qaçırıldığı güman edilir.

Polisin məlumatına görə, ayının oğurlanması barədə yanvarın 22-də otelin operatorları məlumat veriblər. İctimaiyyətdən nəhəng oyuncaq ayıya diqqət yetirmələri istənilib.

Obyekt Edmontondan təxminən 50 kilometr şimalda, Sturgeon County-də yerləşir.

Müstəntiqlərin dediyinə görə, kurortda keçən ilin avqustunda oxşar hadisə baş verib. Belə ki, mülkdən iki dondurulmuş yenot oğurlanıb.

Kanada Kral Atlı Polisi oğurlanan üç dondurulmuş heyvanının təxminən 35 nim Kanada dollarına başa gəldiyini bidirib.

Oğurluq hadisəsinin əlaqəli olub-olmaması hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu