Liberiyada narkotik istifadəsinə görə fövqəladə vəziyyəti elan edildi


Liberiyada yeni prezident Cozef Boakai ölkəsində gənclər arasında narkotik istifadəsi geniş yayıldığı üçün “milli sağlamlıq fövqəladə vəziyyəti” elan edib.



Ötən həftə Liberiyada vəzifəsinin icrasına başlayan prezident Boakai ölkə parlamentində xalqa ilk müraciətini edib.

Boakai ölkədə geniş yayılmış narkotik istifadəsinin narahatlıq doğurduğunu bildirərək, bunun ölkənin gəncliyini və gələcək nəslini məhv etdiyini bildirib.

Ölkədə narkotik istifadəsi ilə əlaqədar "milli sağlamlıq fövqəladə vəziyyəti" elan edən Boakai qeyd edib ki, Səhiyyə Nazirliyi, Narkotiklərlə Mübarizə Agentliyi və Gənclər və İdman Nazirliyi narkomaniya ilə mübarizə üçün çox sektorlu komandanın bir hissəsi olacaq.

İddiaya görə, Liberiyada narkotik istifadəsi bir çox gənclər arasında geniş yayılıb və onların həyatını məhv edir.

Təxminən 5,2 milyon əhalisi olan ölkədə prezident seçkilərinin birinci turu 20 namizədin iştirakı ilə 2023-cü il oktyabrın 10-da keçirilib.

2023-cü il noyabrın 14-də Liberiyada keçirilən seçkinin ikinci turunda qalib gələn Boakai yanvarın 22-də and içib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu