Honq-Konq təyyarəsi kabinədəki qoxu səbəbindən geri dönməli olub


Honq-Konqda yerləşən "Cathay Pacific Airlines" şirkətinə məxsus təyyarə Malayziyanın Penanq şəhərinə uçarkən geri qaytarılıb.


"South China Morning Post"-un məlumatına görə, "Cathay Pacific Airlines" aviaşirkətinə məxsus təyyarə Honq-Konq-Penanq reysi üçün havaya qalxdıqdan qısa müddət sonra salondakı "qəribə qoxu" səbəbindən Honq-Konq hava limanına qayıdıb.

Şirkətdən verilən açıqlamada belə bir qərarın standart prosedura uyğun olaraq ehtiyat tədbiri kimi qəbul edildiyi bildirilib.

Təyyarə yoxlamadan sonra uçuşunu davam etdirsə də, sözügedən qoxunun mənbəyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Hadisə ilə bağlı istintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu