“Azərsu” 330 minə lyuk qapaqları alır
"Azərsu" ASC lyuk qapaqları və yağış barmaqlıqları alır.
Qurum bununla bağlı daxili vəsaiti hesabından 330 252 manat xərcləyəcək.
Metal avadanlıqlar "Zəyəm Texnologiya Parkı" ASC-dən alınacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 18 305 246 manat olan Texnologiya Parkının qanuni təmsilçisi Vüqar Sadıqzadə Əyyub oğludur. O, 2 il öncə sözügedən müəssisənin rəhbəri vəzifəsinə gəlib.
Sözügedən ASC metal konstruksiya, kənd təsərrüfatı avadanlqıqları və dəqiq metal məhsullarının istehsalı yönündə Şəmkirdə fəaliyyət göstərir.
Ölkə.az