Qərblə Şərq arasında qarşıdurma qaynar fazaya keçib - Belarusun müdafiə naziri


Qərblə Şərq arasında münaqişə qızğın mərhələyə qədəm qoyub.


"RİA Novosti" xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

“Doktrinanın müddəalarının aydınlaşdırılması, bir qayda olaraq, geosiyasi vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi şəraitində və ya dövlətin inkişafının daxili siyasi şəraiti dəyişdikdə həyata keçirilir. Hal-hazırda Belarus Respublikası üçün bütün belə şərait yaradılıb" - deyən müdafiə nazirinin sözlərinə görə, Qərblə Şərq arasında davam edən qarşıdurma “isti fazaya” keçib.

Belarus Müdafiə Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Avropada hərbi-siyasi vəziyyət və siyasi-güc konfiqurasiyası köklü şəkildə dəyişib.

Eyni zamanda, Xrenin hərbi doktrinaya yenidən baxılması üçün əsas şərtlərdən birini Belarus Konstitusiyasına sonuncu referendumda qəbul edilmiş və ona uyğun olaraq ölkənin neytrallığa yanaşmalarının dəyişdiyini qeyd edib.

Yanvarın 16-da Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın yeni hərbi doktrinasına dair müşavirə keçirib. İclasda Milli Təhlükəsizlik Konsepsiyasının layihəsi də müzakirə edilib, ictimai müzakirələrdən sonra ona əlavələr edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu