Ekvadorda canlı yayım reydini araşdıran prokuror silahlı hücumda öldürüldü


Ekvadorda yanvarın 10-da “TC Televiziya” kanalına edilən hücumu araşdıran prokuror silahlı hücumda həyatını itirib.



Quayaquil şəhərinin şimalındakı Bombero bulvarında avtomobillə hərəkət edən prokuror Sezar Suares dayanarkən silahla hücuma məruz qalıb.

Başından güllə yarası alan prokuror Suares hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı çoxlu sayda polis qrupunun göndərildiyi və araşdırmalara başlanıldığı bildirilib.

Prezident Daniel Noboa X sosial media hesabında hücumu qınayıb və cavabdehlərin dərhal tutulmasını əmr edib.

Qeyd edək ki, canlı yayım reydini araşdırmaqdan əlavə, Suarez narkotik alveri, terrorizm və mütəşəkkil cinayət işlərini araşdırırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu