Ekvador prezidenti: Silahlı qüvvələrə dəstələri zərərsizləşdirməyi tapşırdım


Ekvador prezidenti Daniel Noboa "Silahlı vətəndaş qarşıdurması vəziyyəti" elan etdiklərini bildirib. "Silahlı qüvvələrə dəstələri zərərsizləşdirmək üçün göstəriş verdim" - deyə o qeyd edib.


Sosial media hesabındakı paylaşımında mütəşəkkil cinayətkar təşkilatların adlarını ardıcıllıqla yazan prezident Noboa bu təşkilatları zərərsizləşdirmək üçün silahlı qüvvələrə tam səlahiyyət verdiyini bəyan edib.

Quayaquil şəhərində "TC Televiziya" kanalının studiyasına canlı yayım zamanı silahlı şəxslər tərəfindən basqın edildikdən sonra Noboanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilib.

İclasdan sonra mətbuata açıqlama verən Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəisi Jaime Vela terror təşkilatlarının artıq qanuni hədəfləri olduğunu və bu qruplarla qətiliklə heç bir danışıqların aparılmayacağını açıqlayıb.

Cinayət təşkilatlarına ciddi zərbə vurduqlarını ifadə edən Vela, "Millət tarixində qanlı və misli görünməmiş hücumlar həyata keçirdilər. Onların vəhşilikləri cəzasız qalmayacaq və cəhdlərinin qarşısı alınacaq. Bundan sonra hər bir terrorçu hərbi hədəfdir. Biz geri addım atmayacağıq və danışıqlar aparmayacağıq. Onların torpaqlarımızda həyata keçirmək istədikləri sabitliyi pozmaq və xaos aktlarına sərt reaksiya veriləcək" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu