Ekvadorda 7 həbsxanada girov saxlanılan mühafizəçilər xilas edilib
Ekvadorda 7 həbsxanada baş verən iğtişaş nəticəsində girov götürülən mühafizəçilərin xilas edildiyi açıqlanıb.
Prezident Daniel Noboa X sosial media hesabındakı paylaşımında 7 həbsxanada girov saxlanılan məmurların xilas edildiyini bildirib.
Hüquq-mühafizə qüvvələrini təbrik edən Noboa bildirib ki, dəstələrin əlində girov olan mühafizəçiləri və polisləri xilas etmək üçün çox çalışıblar.
Yanvarın 8-də 7 həbsxanada mütəşəkkil cinayətkar təşkilatların üzvləri iğtişaşlar törədib və 178 mühafizəçi girov götürülüb.
Bu iğtişaşlar zamanı “Fito” ləqəbli dəstə lideri Adolfo Macias Salazarın və bir neçə məhbusun həbsxanalardan qaçdığı hesab edilir.