2024 tarixin ən isti ili olacaq - Şok proqnoz


Alimlər 2024-cü ilin 2023-cü ilin rekordunu qıracağını və ən isti il ola biləcəyini irəli sürüblər.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

“Qlobal temperatur Sakit okeanın ekvatorial hissəsində suyun səth qatında temperaturun dəyişməsi ilə əlaqəli olan El Nino təbii hadisəsindən təsirlənməyə davam edəcək. Milli Okean və Atmosfer Administrasiyasının baş elmi işçisi Maykl Makfadenin sözlərinə görə, Sakit okeanda suyun istiləşməsi ilə planetin səthinin temperaturunun yüksəlməsi arasında gecikmə var. Bu səbəbdən El Ninonun təsiri altında olan il əvvəlkindən daha isti keçir”, - məlumatda qeyd olunub.

Agentlik bildirib ki, insanın fəaliyyəti Yerin istiliyinə təsir göstərir:

“Xüsusilə yanacağın istifadəsi istixana qazlarının həcmini artırır. Planetin yüksək temperaturu normal iqlimi dəyişir və quraqlıqlara, daşqınlara, meşə yanğınlarına və tufanlara səbəb olur. 2023-cü il ən isti il ​​olub. Xüsusilə iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında temperatur rekordları qırılıb. 2023-cü ildə Yerin temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə təxminən 1,4 dərəcə artıb. 2024-cü ildə alimlər bu rəqəmin 1,3-1,6 dərəcə olacağını proqnozlaşdırırlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu