"A-Qroup Sığorta"nın yığımlarında azalma davam edir - 2,9 milyonluq itki


Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2023-cü ilin yanvar-noyabr aylarında azalmaqda davam edib.



Valyuta.az xəbər verir ki, sığorta şirkəti bu ilin on bir ayında 19,22 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13% və ya 2,9 milyon manat azdır. 2022-ci ilin on bir ayında şirkət 22,1 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Yığımların azalması fonunda sığorta şirkətinin ödənişləri 10,4% və ya 1,2 milyon manat civarında artaraq 12,9 milyon manata yüksəlib. Ötən ilin yanvar-noyabr aylarında bu rəqəm 11,7 milyon manat olub. Bu isə şirkətin ödəniş-yığım nisbətinə, yəni zərərliliyinə mənfi təsir göstərib.

Sığorta şirkətinin zərərliliyi son bir ildə 53%-dən 67,3%-ə qədər yüksəlib. Yəni, şirkət ötən ilin on bir ayında topladığı sığorta haqqının hər 100 manatından 53 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 67,3 manata kimi artıb.

Qeyd edək ki, bu il avqust ayının 11-də könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankı tərəfindən "A-Qroup Sığorta” şirkətinin avtomobillərin və daşınmaz əmlakın icbari sığortası, o cümlədən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta lisenziyası ləğv edilib. Bu isə sığorta şirkətinin yığımlarının həcminə, ümumilikdə isə bazar payına təsir edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu