Efiopiya Somaliland vasitəsilə Qırmızı dənizə çıxacaq


Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland sayəsində Efiopiya Qırmızı dənizə çıxış əldə edəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Efiopiya Baş naziri Abiy Əhmədin ofisindən verilən açıqlamaya görə, Efiopiyanın Qırmızı dənizə çıxış xəyalını həyata keçirməsinin yolu bu gün Somaliland ilə imzalanan anlaşma memorandumudur.

Bəyanata görə, saziş Efiopiya və Somalilanda da təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlığı gücləndirməyə imkan verəcək.

Anlaşma memorandumuna əsasən, Efiopiyanın Somalinin Berbera limanında, Somalinin isə Efiopiya Hava Yollarında payı olacaq.

Somaliland prezidenti Musa Bihi Abdi də "Müqavilə ilə Efiopiyaya 20 kilometr dənizə çıxış imkanı veririk və qarşılığında bizi tanıyacaqlar. Efiopiya bizi Somaliland olaraq tanıyan ilk ölkə olacaq" - deyə açıqlama verib.

Abdi Efiopiyanın dənizə çıxmasına imkan verəcək ərazinin müqavilə çərçivəsində icarəyə veriləcəyini bildirib.

1990-cı illərin əvvəllərində Eritreanın ayrılması ilə limanını itirən Efiopiya imperiya dövründə dənizə çıxış üçün çoxlu müharibələr aparıb. Hazırda ölkə xarici ticarətinin 90 faizə yaxınını qonşu ölkələrin limanları vasitəsilə həyata keçirir.

Efiopiyanın baş naziri Əhməd ölkəsinin Qırmızı dənizə çıxışı üçün qonşularına Hedasi bəndində və Efiopiya Hava Yollarında paylar təklif etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu