AFFA hakimləri təhqir edən beş futbolçun cəzalandırdı


AFFA hakimləri təhqir edən beş futbolçunun cəzasını açıqlayıb.


AFFA-nın məlumatına görə, bu cəzalar Region Liqası, Gənclər Liqası və U-17 Liqasında keçirilən oyunlardakı neqativ hallara görə verilib.

Region Liqasında “Lənkəran”dan Xalid Qasımzadə “Masallı” ilə, Gənclər Liqasında İCBFA-dan Emin Qurbanov “Neftçi” ilə, U-17 Liqasından “Araz Naxçıvan”dan isə Qurban Əliyev, Kazım Zülfüqarlı və Səid Bağırzadə Universal Football Academy ilə oyunda hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdikləri üçün 4 matçlıq diskvalifikasiyaya məruz qalıblar.
Region Liqasında çıxış edən “Lənkəran”ın digər oyunçusu Əli Məcidov isə “Masallı” ilə qarşılaşmada qeyri-etik ifadə və ya hərəkətə görə 3 oyunluq cəzalandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu