Gəlirlərini rəsmiləşdirməyən sahibkarları 2024-cü ildə nə gözləyir?


Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisin 5 dekabr tarixində keçirilən iclasında üçüncü oxunuşda təsdiqlənib.


Valyuta.az 2024-cü ildə gəlir və mənfəət vergisinin hesablanmasının yeni metodu ilə bağlı vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:

“Vergi Məcəlləsinə 2024-cü ildə əlavə ediləcək 67.3-1-ci maddəyə əsasən, gəlir və mənfəət vergisinin hesablanmasının yeni bir metodu təsbit edilir. Belə ki, qeyd olunan normaya əsasən gəlir-mənfəət vergisinin ödəyicisi xərclərini rəsmiləşdirdiyi halda gəlirlərini rəsmiləşdirmirsə, bu halda onların ödəməli olduğu vergi 50 faiz rentabelli hesabında müəyyənləşdiriləcək. Məsələn, hər hansı gəlir-mənfəət vergisinin ödəyicisinin xərclərinin elektron qaimə faktoru, yük gömrük bəyannaməsi var, lakin satışına dair hər hansı bir sənəd yoxdursa, bu halda vergi orqanı həmin maddəni tələb edə biləcək. Başqa sözlə desək, hər hansı gəlir-mənfəət ödəyicisinin 80.000 rəsmiləşdirilmiş xərci varsa, bu halda vergi orqanı 50 faiz rentabeli ilə həmin şəxsin mənfəətini 40.000 müəyyən edəcək və qeyd olunan 40.00-ə 20 faiz dərəcə ilə gəlir və mənfəət vergisi hesablayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu