Naxçıvan azad iqtisadi zonaya çevriləcək

Gələn il Naxçıvan sosial iqtisadi proqramla azad iqtisadi zonaya çevriləcək. Bunun üçün işlər aparılır. İlkin olaraq biz xüsusi iqtisadi rejimi tətbiq edəcəyik.
Bunu Dövlət Turizm Agentliyinin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi "Ulu öndər Heydər Əliyevin izi ilə" adlı mediaturda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O, xüsusi güzəştlərlə Naxçıvana çox sayda investorun cəlb olunacağını da bildirib: “Bu, xüsusi iqtisadi rejimdir. Xüsusi iqtisadi rejim çərçivəsində müəyyənləşdiriləcək güzəştlər bir xeyli investoru Naxçıvana cəlb edəcək. Bunun əsasında formalaşdırdığımız mühitlə azad iqtisadi zonanın təməlini atmış olacağıq”.
FƏXRİYYƏ