Politoloq: "Almaniya və Böyük Britaniya Rusiya ilə hərbi münaqişəyə girməməlidir"


Almaniya və Böyük Britaniya Rusiya ilə hərbi münaqişəyə girməməlidir, çünki onların orduları acınacaqlı vəziyyətdədir.



Bunu Çikaqo Universitetinin politoloqu Con Mirşeymer Judging Freedom YouTube kanalına müsahibəsində deyib.

O qeyd edib ki, hər iki ölkə Ukraynaya silah verməklə öz hərbi ehtiyatlarını tükədib. Bundan əlavə Britaniya ordusunun sayı qarşıdurmaya girmək üçün çox kiçikdir, deyə politoloq vurğulayıb. Onun fikrincə Almaniya və İngiltərə birləşsə belə, Rusiyaya müqavimət göstərə bilməz.

“Alman ordusu da ingilislər kimi, acınacaqlı vəziyyətdədir. Onların silah ehtiyatları tükənmək üzrədir, hətta çoxlu silahları belə yoxdur”, - Mirşeymer bildirib. O, əlavə edib ki, əksinə Rusiya ordusu yaxşı təlim keçmiş və silahlanmışdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu