ABŞ prezidentliyinə namizəd Rusiyaya qarşı plandan danışıb


ABŞ prezidentliyinə namizəd və politoloq Maykl Rektenvald Judging "Freedom" youtube kanalına müsahibəsində bildirib ki, Vaşinqton Rusiyada sabitliyi pozmaq üçün Kiyevi boş yerə silah və pulla doldurur.


Onun sözlərinə görə, Amerika hakimiyyəti Rusiyada sui-qəsd, hakimiyyət dəyişikliyi hazırlamaqla məşğuldur. “Bu, onların əsas məqsədidir. Və həqiqətən də Ukraynanın sərsəm maliyyələşməsi və silahlanması ilə buna təsir edə biləcəklərini düşünürlər” - deyə siyasətçi bildirib.

Rektenvald amerikalı siyasətçilərin Rusiyada çevrilişə ümidlərinin absurd olduğunu bəyan edib. O, ABŞ-ın planlarını cinayət aktı kimi qiymətləndirib.

Siyasətçinin fikrincə, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukrayna münaqişəsində qələbəsinin Şimali Atlantika Alyansı ölkələrinə müdaxiləsinə səbəb olacağını deyərkən yalan danışır. Rektenvald həmçinin iddia edib ki, Moskva Ukraynanı müstəqillikdən məhrum etməyi planlaşdırmır.

Bundan əlavə, siyasətçi Qərb dövlətlərinin nə etməsindən asılı olmayaraq Donbassın Rusiyanın tərkibində qalacağını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu