Bakı bulvarı ərazisində gəzinti qayığı batıb, 6 nəfər xilas edilib - VİDEO+YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.



***

Bu gün səhər saatlarında Xəzər dənizinin Bakının Səbail rayonu, Şıx qəsəbəsi sahillərində tur gəmisi batıb.


Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tur gəmisi qəfil batmağa başlayıb, gəmidə olan şəxslər özlərini dənizə ataraq sahilə tərəf üzməyə çalışıblar. Bir qədər sonra isə başqa bir qayıq batan gəmiyə yaxınlaşıb.

FHN-nin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün nazirliyin qaynar xəttinə Xəzər dənizində gəzinti qayığının batması barədə ilkin məlumat daxil olub: “Dərhal FHN-in dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib, batmaq təhlükəsizilə üzləşən şəxslər xilas edilib. Əlavə məlumat veriləcək”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu