İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Solou vəfat edib

1987-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı iqtisadçı Robert Solou cümə axşamı 99 yaşında vəfat edib.
Bu barədə "The New York Times" qəzeti Solunun oğluna istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, iqtisadçı ölən zaman Massaçusets ştatının Leksinqton şəhərindəki evində olub.
Solou təsviri ilk dəfə 1956-cı ildə nəşr olunan iqtisadi artım modelini (Solou modeli) hazırlayıb. 1987-ci ildə iqtisadçı iqtisadi artım nəzəriyyəsinə verdiyi töhfələrə görə Nobel mükafatına layiq görülüb.