Boşanmalar, qızların ana olmaq istəməməsi böyük problemdir - Sabir Rüstəmxanlı


“Bizdə həmişə var olan möhkəm ailə institutu dağılır. Boşanmalar, abort halları, qızların ana olmaq istəməməsi böyük problemdir. Lakin sualım budur ki, komitə uşaqpulu məsələsini dövlət qarşısında qaldırıb, ya yox?”


Bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deputatın sualına belə cavab verib: “Azərbaycan hökumətinin təklif etdiyi proqramlara parlamentdə münasibət bildirilir. Bizim bəzi sahələrdə ünvanlılığa üstünlük verdiyimiz sirr deyil. Qanunvericilikdə çoxuşaqlı ailələrin sayına diqqət etmək olar. Çoxuşaqlı ailədə uşağın sayını aşağı endirmək olar. Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər həll edilə bilər”.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu