Çexiya Baş Qərargahı Rusiya ilə hərbi münaqişə ehtimalı haqda

Rusiya ilə potensial münaqişənin qarşısını ancaq hədə-qorxu ilə almaq olar.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Çexiyanın Baş Qərargah rəisi Karel Rzehka deyib.
Siyasətçi Ukraynaya yardımı davam etdirməyə çağırıb, çünki onun fikrincə, bu, Avropa üçün vaxt alır. O əlavə edib ki, Kiyev Rusiyanı Avropa İttifaqının (Aİ) sərhədlərindən uzaqlaşdırır.
"Hazırda bu qeyri-mümkün olsa da, Rusiya ilə müharibə ağlasığmaz deyil" - deyə o, toqquşma ehtimalını qiymətləndirib. Rzehka əmindir ki, Rusiya ilə potensial münaqişədən yalnız hədə-qorxu ilə qaçmaq mümkün olacaq.
Əvvəllər Çexiya hakimiyyəti Rusiyanı uzunmüddətli perspektivdə ölkə üçün ən ciddi təhlükəsizlik təhdidi kimi tanıyırdı.