Rusiyanın Ukraynaya qarşı müharibəsini uzatmaqdan Çin qazanır - Çexiya prezidenti


Rusiya və Ukrayna arasında sülhə vasitəçilik etmək Çinə etibar edilə bilməz, çünki müharibəni uzatmaq Pekin üçün faydalıdır.


AFN.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavelə istinadən "Politico" yayıb. "Məncə, status-kvonu saxlamaq Çinin maraqlarına uyğundur, çünki bu, Rusiyanı bir sıra güzəştlərə sövq edə bilər", - deyə Petr Pavel bildirib.

Onun sözlərinə görə, Çin Rusiya Federasiyasından tərəfdaşlıq müqabilində ucuz neft, qaz və digər resurslar ala bilər. Prezident əlavə edib ki, Qərbin Ukraynaya dəstək verməklə yəqin ki, bir az zəifləməsi Çin üçün də yaxşıdır. Çexiya lideri hesab edir ki, Çin həqiqətən də müharibənin qısa müddətdə həllində maraqlıdır. O, hər gün bu müharibədən dərs çıxarır, Rusiyanın nə etdiyini və Qərb ölkələrinin reaksiyasını yaxından izləyir.

Çinin xarici işlər naziri Qin Qang bildirib ki, Ukrayna böhranı ilə bağlı Çin danışıqların tərəfdarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu