Çexiya prezidenti: Hamı Rusiyanın "güclər sırasında" olduğunu etiraf etməlidir.


Qərbin gözləntilərinin əksinə olaraq, 2024-cü ildə Ukraynada vəziyyətdə ciddi dəyişiklik olacaq.


Bunu Çexiya Prezidenti Petr Pavel “Seznam Zpravı”ya müsahibəsində deyib.

“Nəzərə almalı olacağımız yeni bir vəziyyət olacaq. Dəyişiklik bizim təsəvvür etdiyimiz kimi, sözün yaxşı mənasında olmayacaq”, - deyə siyasətçi münaqişənin gələn il mümkün inkişafını müzakirə edib. Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin dünyaya baxışında israrlıdır, ona görə hamı Rusiyanın “güclər sırasında” olduğunu etiraf etməlidir.

Petr Pavel həmçinin etiraf edib ki, Donald Tramp ABŞ prezidentliyinə qayıdarsa, Putin Ukrayna və ya Avropanın fikirlərinə məhəl qoymadan Ağ Evin yeni rəhbəri ilə razılığa gələ biləcək. “Başqaları Rusiyanın əsas oyunçu statusuna qayıtması faktı ilə birtəhər barışmalı olacaqlar”, - deyə o, qeyd edib.

Bundan əvvəl Peter Pavel Rusiyanın Avropa İttifaqı (Aİ) üçün əsas təhlükə olaraq qaldığını və Avropa ordularının bu təhlükəni “ciddi qəbul etdiyini” və yüksək intensivlikli münaqişəyə hazırlaşdığını bildirmişdi. Siyasətçinin Vışeqrad dördlüyü (Çexiya, Slovakiya, Macarıstan və Polşa) prezidentlərinin görüşündə bildirib ki, Ukraynadakı münaqişə səbəbindən Rusiyaya döyüş qabiliyyətini bərpa etmək üçün illər lazım olacaq, lakin Çexiya və digər NATO ölkələri Moskvanı hələ də “bir nömrəli təhlükə” kimi qəbul edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu