Gəncədə toyda 4 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb


Gəncədə toyda düşən mübahisə zəminində 4 nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.



DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4 nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Samir Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, dekabrın 9-da Gəncədə toy mərasimində mübahisə düşüb. Nəticədə Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu