Böyük Britaniya Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət etmək üçün xidmət yaradacaq


Böyük Britaniya Nazirlər Kabineti özəl şirkətlərin Rusiyaya qarşı sanksiyalara əməl etməsinə nəzarət edəcək yeni bölmə yaradacaq.


Bu barədə TASS məlumat yayıb.

Krallığın Biznes və Ticarət Nazirliyinin məlumatına görə, Ticarət Sanksiyalarının İcrası İdarəsi (OTSI) bir sıra səlahiyyətlərə malik olacaq. Xüsusilə, qanunu pozan bizneslərə cərimələr verə, habelə cinayət işlərini "HM Revenue & Customs" (HMRC) idarəsinə göndərə biləcək.

OTSI-nin 2024-cü ilin əvvəlində işə başlayacağı bildirilir. Qurum məhsullarını üçüncü ölkələr vasitəsilə ixrac etməklə sanksiyalardan yayına bilən firmaların fəaliyyətinə nəzarət edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu