Rusiyaya sanksiyalara əməl olunmasına nəzarət mərkəzinin yaradılması təklif olunur


Litvanın Rabitə və Nəqliyyat Nazirliyi Rusiya və Belarusa qarşı sanksiyalar rejiminə riayət olunmasına nəzarət mərkəzinin yaradılmasını təklif edir.


AFN.az xəbər verir ki, bu barədə "Baltics News" məlumat yayıb.
Təkliflə çıxış edən Litvanın Rabitə və Nəqliyyat Nazirliyinin rəhbəri Marius Skuodis hesab edir ki, ilk növbədə belə bir mərkəz Litvada milli səviyyədə yaradılmalıdır, lakin belə bir struktur Avropa miqyasında da arzuolunandır. "Avropa İttifaqında bir nəzarət instansiyasının olması çox vacibdir, çünki indi sanksiyalara əməl etmək məsuliyyəti kifayət qədər qeyri-müəyyəndir və bu, ciddi problemlərə gətirib çıxarır", - deyə nazir bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu