Avstraliya 2030-cu ilə qədər ödəniş üçün çeklərdən istifadəni tamamilə dayandıracaq


Avstraliya federal hakimiyyət orqanları 2030-cu ilə qədər ölkədə mal və xidmətlərin ödənişi üçün çeklərdən istifadəni tamamilə dayandırmaq niyyətindədir.



Bu barədə ölkə xəzinədarlığının departamentin saytında dərc olunmuş bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, son 10 ildə Avstraliyada çeklərdən istifadə 90% azalıb. Xəzinədarlıq Departamentindən bildirilib ki, yazılan bütün çeklərin yalnız çox kiçik bir hissəsi şəxsi çeklərdir, onların 80%-i 65 və ya daha yuxarı yaşda olan insanlara yazılıb.

Departament vurğulayıb ki, gələcəkdə çeklərdən istifadəyə qadağa üç mərhələdə tətbiq olunacaq. 2025-ci ildə bank çekləri ləğv ediləcək, 2026-cı ildə müəssisələr və dövlət qurumları çeklə ödəmə qabiliyyətini itirəcək, 2027-ci ildən isə şəxsi çeklərdən istifadə dayandırılacaq. Növbəti üç ildə əvvəllər verilmiş bütün çeklərin rəsmiləşdirilməsi və onların ölkədə dövriyyəsinin tamamilə dayandırılması planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu