68 Türkiyə vətəndaşı Qəzzadan Misirə keçib

Qəzzadan olan Türkiyə vətəndaşlarının bir hissəsinin Misirə keçdiyi açıqlanıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ötən gecə 68 Türkiyə vətəndaşı yaxınları ilə birlikdə Qəzzadan Misirə keçib.
Həmin şəxslərin bu gün Türkiyəyə gəlməsi gözlənilir.