Almaniyada HƏMAS tərəfdarları arasında axtarışlar aparılır

Alman kəşfiyyatçıları Münster (Şimali Reyn-Vestfaliya) və Nordhorndakı (Aşağı Saksoniya) HƏMAS-ın mümkün tərəfdarlarının mənzillərində axtarış aparıblar.
Bu barədə "Bild" xəbər verir.
Bundan əlavə, axtarışlar Belçikanın Eupen şəhərində də aparılıb.
Münster polisi xüsusilə bildirib ki, saxlanılan 46 yaşlı kişi TikTok-da HƏMAS terror təşkilatını və onun oktyabrın 7-də baş verən İsraili işğalını tərifləyən videolar yayımlayıb.