Azərbaycanda bu binaların sökülməsi ilə bağlı qərar verildi


Sumqayıt şəhərində yerləşən üç yataqxana binası söküləcək.


İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul edilib.

Belə ki, qərara əsasən, şəhərin 29-cu məhəllə ərazisində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonda yerləşən 13 nömrəli yataqxana binaları söküləcək.

Həmin söküləcək binaların yerləşdiyi ərazi abadlaşdırılacaq.

Söküntü işlərinə yaxın vaxtda başlanılacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu