Orban: Macarıstan Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir


“BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) kimi təşəbbüslər Qərblə Şərq arasında əlaqələri təmin edir”.


“Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışında deyib.

“Macarıstan təkcə enerji sektorunda deyil, həm də digər sahələrdə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir. Çox sayda Macarıstan şirkəti Azərbaycana sərmayə qoyur”, - o vurğulayıb.

Onun sözlərinə görə, Avropa hazırda miqrasiya böhranı, pandemiyanın nəticələri, enerji böhranı və Yaxın Şərqdəki gərginlik kimi bir sıra problemlərlə üz-üzədir.

Bu mənada Macarıstanın Baş naziri ölkələr arasında müxtəlif platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb: “Biz Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə qardaşlıq əlaqələri qururuq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu