Rusiyada zəlzələ baş verib
Zəlzələ Rusiyanın iki regionunda Saxalin və Buryatiyada baş verib.
"Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semenovanın verdiyi məlumata görə, Saxalində 3,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Pilvo kəndindən 11 kilometr şərqdə, 3 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar bir neçə yaşayış məntəqəsinin sakinləri tərəfindən hiss olunub.